Əqli mülkiyyətə və müəlliflik hüququna diqqəti cəlb etmək prioritet məsələlərdir
Aprelin sonu əqli mülkiyyət aləmində əlamətdar dövrdür. Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü, aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Azərbaycan Bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunmasında böyük təcrübəyə malikdir. 1997-ci ildən başlayaraq Kitab və Müəlliflik hüququ bayramını, 2001-ci ildən isə əqli mülkiyyət günləri bizim ölkədə keçirilir. Bu ənənə Əqli Mülkiyyət Agentliyində illər boyu mövcuddur. On ildir ki, ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və hər il “və ya” sözləri yenilənən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri" mövzusunda konfransda deyib.
Agentliyin rəhbəri bildirib ki, tədbirin keçirilməsində məqsəd əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir: “Son illər tədbirlərimizin keçirilmə zamanı xüsusi əhval-ruhiyyə ilə müşahidə olunur. Öz gücü hesabına ədaləti bərqərar edən müzəffər xalq və qalib dövlət suveren ərazisinə özü nəzarət edir. Unudulmayan tarix və bərpa olunan gələcək hamımızı ruhlandırır.
Prezident İlham Əliyevin sözləri ilə desək, hər zaman “güclü olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq”.


Digər xəbərlər
Fransa xarici tələbələr üçün təhsil haqqını artırır
Astanada Regional Ekoloji Sammit öz işinə başlayır
Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
Əhməd Cavad İnstitutunun rəhbəri: Ankarada repressiya qurbanlarının xatirəsinə sərgi açılacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Xəbər lenti
Ən çox oxunan
“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib