Türkiyədə hərbi-nəqliyyat helikopterinin qəzaya uğramasının səbəbləri araşdırılır
10:59 / 22.04.2026
Oxunub: 199
Ankara vilayətində xilasedicilər və Türkiyə Milli Müdafiə Nazirliyinin əməkdaşları CH-47 hərbi-nəqliyyat helikopterinin qəzaya uğradığı yerdə gecəboyu işlərini davam etdiriblər.
AZƏRTAC-ın aldığı məlumata görə, helikopter dünən axşam saatlarında paytaxt Ankaradan onlarla kilometr aralıda yerləşən Temelli rayonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.
Sincan rayonu icra orqanının rəhbəri Levent Kılıç bildirib ki, helikopterdə olan beş hərbçi yaralanıb və tez bir zamanda xəstəxanaya çatdırılıb.
“Xoşbəxtlikdən, itki olmayıb. Bu, enişdən bir az əvvəl təlim uçuşu zamanı baş verib. Helikopter hərbi olduğundan, qəzanın səbəbini xüsusi mütəxəssislər qrupu araşdıracaq", - deyə o bildirib.


Digər xəbərlər
Bu gün Beynəlxalq Yer kürəsi Günüdür
“Tasnim”: İran aprelin 22-də ABŞ ilə danışıqlarda iştirak etməyəcək
Ağ Ev ABŞ nümayəndə heyətinin Pakistana səfərinin təxirə salındığını təsdiqləyib
Media: Tramp İrana yeni ultimatum verib
ABŞ İranla əlaqəli gəmilərə qlobal nəzarəti gücləndirməyə çalışır
İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir
Xəbər lenti
23 Aprel 2026
22 Aprel 2026
Ən çox oxunan
17:18
21 Aprel 2026
680