Enerji şirkətləri Hörmüz boğazının bağlı qalmasının tənəzzül riskini artırdığı barədə xəbərdarlıq edirlər
Dünyanın aparıcı enerji şirkətləri Hörmüz boğazının davamlı bağlı qalmasının yanacağa olan tələbata mənfi təsir göstərdiyini və bununla da qlobal tənəzzül riskinin artdığı barədə xəbərdarlıq edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Vitol Group”, “Gunvor Group” və “Trafigura Group” kimi neft ticarəti şirkətləri Hörmüz boğazının tezliklə açılmayacağı təqdirdə vəziyyətin daha da pisləşəcəyini bildirirlər.
Analitiklər Yaxın Şərqdəki münaqişənin iqtisadi artımı və neft tələbatını zəiflətdiyini vurğulayırlar.
“Vitol Group”un baş icraçı direktoru Rasl Hardi bildirib ki, müxtəlif mənbələrdə strateji neft ehtiyatları azalır və nəticədə tədarük artırılır: “Lakin bunu davamlı şəkildə etmək olmaz. Münaqişə başlayandan indiyə qədər gündəlik təxminən 4 milyon barel tələbat aradan qaldırılıb. Hörmüz boğazı bağlı qalarsa, bu göstərici artacaq”.
O, həmin tələbatı məhdudlaşdırmaq məcburiyyətində qalmağın tənəzzülə səbəb olacağını deyib.
“Gunvor Group”un analitiki Frederik Lasser də Hörmüz boğazının üç aylıq müddətə bağlı qalmasının qlobal tənəzzüllə nəticələnəcəyini bildirib.
“Trafigura Group”a görə, mövcud vəziyyətin istehlaka təsiri indiyə qədər ən çox Asiyada cəmləşsə də, zamanla bu, geniş coğrafiyaya yayılacaq. Qeyd olunub ki, insanlar təklifin azalmasını düzgün qiymətləndirmirlər: “Bu itki tələbatın azalması ilə tarazlaşdırılmalıdır. Uzunmüddətli böhran isə iqtisadi fəaliyyətdə azalma ilə nəticələnə bilər”.
Qeyd edək ki, qlobal miqyasda xam neft və neft məhsullarının nəqlinin 20 faizinin həyata keçirildiyi, mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti üçün isə əsas tranzit nöqtəsi olan Hörmüz boğazı fevral ayının sonlarında Yaxın Şərqdə münaqişənin başlaması fonunda gəmilər üçün bağlanıb və bu, yüz milyonlarla barel neft tədarükünün dayanmasına səbəb olub.


Digər xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
Fərid Qayıbov Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib
Nəcibə Nəsibovanı o əvəz edəcək – Qərar yaxın günlərdə açıqlanacaq
TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi
Əhməd Cavad İnstitutunun rəhbəri: Ankarada repressiya qurbanlarının xatirəsinə sərgi açılacaq
Xəbər lenti
Ən çox oxunan
“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib