Alptekin Cihangir İşbilir Azərvaycan-Türkiyə münasibətlərindən hansı nüansları GÜNDƏMƏ GƏTİRDİ?

16:00 / 05.11.2025 Oxunub: 83

Azərbaycan və Türkiyə müştərək ictimai diplomatiya modelini qurub tətbiq edib.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransın panel sessiya müzakirəsində deyib.

"Biz bu modeli iki ölkə olaraq yüksək səviyyədə tətbiq etdiyimiz kimi Türk Dövlətləri Təşkilatı səviyyəsində də tətbiq etməyə çalışırıq", - o əlavə edib.

Media müşaviri Vətən müharibəsindəki böyük Zəfərin ardınca Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalandığını və iki ölkə arasında qardaşlıq bağlarının üst səviyyəyə yüksəldiyini vurğulayıb.

A.C.İşbilir hər iki ölkənin savaşda haqlı və güclü olduğu kimi, informasiya cəbhəsində də güclü olmağının vacibliyini önə çəkib.

O, son illərdə baş verən texnoloji inkişafın dezinormasiyalara da yol açdığına diqqət çəkib:

"Süni intellekt burada əsas təhdidlərdən biridi. Bu, həmçinin dövlətlərin suverenliyi üçün də təhdid həddinə çatmaqdadır".



Digər xəbərlər

Xəbər lenti

05 Noyabr 2025
04 Noyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ