Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır
Mədəniyyət Elçilərinin I Forumunda iştirak etmək mənim üçün böyük qürurdur. Bu forum, həm ölkəmizin zəngin mədəniyyətini dünyaya tanıdan, həm də Azərbaycan adını beynəlxalq səviyyədə ucaldan hər bir sənətçinin, ziyalının və gəncin bir araya gəldiyi mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında Avstriyanın Anton Brükner adına Konservatoriyasının magistrantı, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, pianoçu, Ayan Məmmədli deyib.
Onun sözlərinə görə, xaricdə yaşayan hər bir azərbaycanlı istər elm, istər incəsənət, istərsə də təhsil sahəsində fəaliyyət göstərsin öz davranışı, yaradıcılığı və səmimiyyəti ilə ölkəmizin mədəni səfiri olur.
“Mən pianoçu kimi Avstriya, Niderland, İtaliya, Fransa, Norveç, Danimarka, Argentina və digər ölkələrdə çıxışlar etmişəm. Gənc olaraq biz dünyanın müxtəlif guşələrində Azərbaycanı təmsil edir, onun mədəni irsini, qonaqpərvərliyini və sülhsevərliyini təbliğ edirik. Məhz hər bir azərbaycanlı sənətçi öz fəaliyyəti ilə bu mədəniyyətin dəyərli bir hissəsinə çevrilir”, – deyə Ayan Məmmədli deyib.
Xatırladaq ki, gənc pianoçu Ayan Məmmədli Mədəniyyət Elçilərinin I Forumunun Təşkilat Komitəsinin üzvüdür













Digər xəbərlər
17 ildən sonra səssizliyi pozdular
Bakıda belçikalı bəstəkar Antoine Pierrenin master-klassı və mini konserti olub
Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin yaradıcılıq gecəsi keçirildi
MTV kanalı barəsində protokol tərtib edərək cərimə olunması üçün məhkəməyə müraciət edilib
İsrail səfirliyi: Musiqinin gücü mədəniyyətlərimizin, ölkələrimizin əlaqələrini möhkəmləndirir