İşıq olmayacaq
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 4 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq.
Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər
Elektomobillərlə bağlı SON DƏQİQƏ QƏRARI
Parada görə marşurutların istiqamətləri dəyişdirildi - SİYAHI
Azərbaycanda məktəbəhazırlıq təhsili ilə bağlı VACİB XƏBƏR
Makaronda bakteriya aşkarlandı - Ölənlər var
Bu xüsusiyyət yüksək IQ göstəricisi imiş...Şok olacaqsınız