Hərbi xidmət müddəti azaldılır

17:30 / 30.10.2025 Oxunub: 182

Ermənistan hökuməti məcburi hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

KANAL 20 TV  Ermənistan KİV-inə istinadən məlumatına görə, sənədi hökumətin iclasında müdafiə nazirinin müavini Arman Sarkisyan təqdim edib.

Qanun layihəsi 2025-ci ilin qış çağırışından etibarən sıravi heyətin məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasını, məcburi hərbi xidmət müddətini 18 ay təyin edilməsini nəzərdə tutur.

Məlumata görə, gələn il yanvar 1-dən müddətli hərbi xidmətdə olan vətəndaşlara xidmət müddətinin qısaldılması şamil edilməyəcək.

Qanun layihəsi müzakirə və təsdiq üçün parlamentə göndəriləcək.



Digər xəbərlər

Xəbər lenti

30 Oktyabr 2025
29 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ