Azərbaycanla Ermənistan arasında sülh prosesi dünya mediasının DİQQƏTİNDƏ

12:00 / 04.11.2025 Oxunub: 297

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Ermənistanın "MassisPost" nəşrinin xəbərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.

Mənbə qeyd edib ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

"8 avqustda Vaşinqtonda atılan tarixi addım regionu sabitliyə və uzunmüddətli sülhə daha da yaxınlaşdırıb. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. Bu proses davamlı sülhə, rifaha və inkişafa xidmət edir", - deyə K.Kallas vurğulayıb.

Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin ilə İlham Əliyev arasında Düşənbədə keçirilən görüş konstruktiv şəkildə başa çatıb və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirib.

"Komsomolskaya pravda" nəşrində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun brifinqdəki açıqlamasına dair xəbərdə bu sözlər öz əksini tapıb.

"Biz iki lider arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizdə birlikdə yeni səhifə açmağımız baxımından çox vacib görüş idi", - deyə Kremlin sözçüsü qeyd edib.



Digər xəbərlər

Xəbər lenti

12 Noyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ