Nikol Paşinyan: "Ermənilərin Qarabağa qayıdışı sülh üçün təhlükə ola bilər"

12:30 / 04.11.2025 Oxunub: 84

Ermənilərin Qarabağa mümkün qayıdışı Ermənistan və Azərbaycan arasında qurulmuş sülhə təhlükə yarada bilər.

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

"Bacı və qardaşlarımızın qayıdışı gündəliyini sülh üçün risk hesab edirəm. Bunu da bildirim ki, bu mövzu, ümumiyyətlə təhlükəlidir, çünki münaqişənin ilkin parametrlərinə qayıtmasından xəbər verir", - o qeyd edib.

Paşinyan, həmçinin sülhü yeni doğulmuş uşaqla müqayisə edərək onun qayğıya ehtiyacı olduğunu bildirib:

"Biz sülh müqaviləsi imzalamalı, sərhədin delimitasiyasını aparmalı və bir-birimizi rahat buraxmalıyıq".



Digər xəbərlər

Xəbər lenti

05 Noyabr 2025
04 Noyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ