Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyanla telefon danışığında ölkəsinin Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarını yaxından izlədiyini bildirib.
“Report” xəbər verir ki, Ərdoğan Qafqazda sülhün bərqərar olması üçün səyləri dəstəkləməyə davam edəcəklərini deyib.
Ərdoğan “Terrorsuz Türkiyə” prosesi ilə terrorun həm Türkiyənin, həm də bölgənin gündəmindən tamamilə çıxarılması istiqamətində əhəmiyyətli bir addım atdıqlarını və bu prosesin qətiyyətlə davam etdiriləcəyini bildirib.
Al Nahyan da Türkiyənin “Terrordan azad Türkiyə” hədəfinin regional təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyini bildirib və Ankaranın bu prosesi uğurla başa vuracağına ümid etdiyini nəzərə çatdırıb.
Ərdoğan həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji tərəfdaşlığın müsbət təsirinin hər sahədə özünü göstərdiyini və iki ölkənin müdafiə sənayesi və yeni texnologiyalar başda olmaqla bir çox sahədə böyük potensiala malik olduğunu vurğulayıb.



Digər xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir

Türkiyə səfiri: Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq

Türkiyədə FETÖ-yə maliyyə dəstəyi verməsi şübhəsi ilə 231 nəfər saxlanılıb

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb YENİLƏNƏCƏK

Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
