Türkiyədə FETÖ-yə maliyyə dəstəyi verməsi şübhəsi ilə 231 nəfər saxlanılıb

Mərkəzi İzmir olmaqla Türkiyənin 60 vilayətində FETÖ terror təşkilatının maliyyə mənbələrinə qarşı irimiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 371 şübhəlidən 231-i saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı İzmir Respublika Baş Prokurorluğu ilə şəhərin Təhlükəsizlik İdarəsi tərəfindən FETÖ-nün maliyyələşməsinin qarşısının alınması məqsədilə istintaq aparılıb.
Bu çərçivədə, ölkə daxilində və xaricdə FETÖ üzvü olmaq ittihamı ilə haqqında tədbir görülmüş şəxslərə guya ərzaq satışı göstərilərək vəsait toplandığı və bu vəsaitlərin “ərzaq bağlaması” adı altında terror təşkilatı üzvlərinə göndərildiyi müəyyən edilib. İstintaq çərçivəsində təşkilatın Şimali Amerika, Balkan və Avropa ölkələrində yerləşən qaçaq üzvlərinin də daxil olduğu qeyri-qanuni sistem vasitəsilə təxminən 7,5 milyon lirəlik pul axını ifşa edilib.
Baş prokurorluq təşkilata maliyyə dəstəyi vermə iddiası ilə 371 şübhəli barəsində həbs qərarı çıxarıb.
İstintaq zamanı 79 şübhəlinin xaricdə olduğu müəyyən edilib. Digər 61 nəfərin saxlanılması istiqamətində işlər davam edir.



Digər xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir

Türkiyə səfiri: Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq

Ərdoğan: Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb YENİLƏNƏCƏK

Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb
Xəbər lenti
Ən çox oxunan

“Dayaq” Sosial Maarifləndirmə İB-nın Suraxanı rayonunda layihənin yekun tədbiri keçirildi
