DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları və avtomobillər cəlb edilib
 

14:58 / 13.07.2025 Oxunub: 105


İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə nazirlik tərəfindən xidmət təşkil olunub. Xidmətə əlavə canlı qüvvə və xidməti avtomobillər cəlb edilib.

Respublikanın bütün turizm zonalarına — çimərliklərə, su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilir.



Digər xəbərlər

Xəbər lenti

15 Iyul 2025
13 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ