BDYPİ isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
 

12:43 / 15.07.2025 Oxunub: 72

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə AZƏRTAC-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. İsti hava insanlarda əzginlik, yorğunluq hissi yaradır. Bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərdə özünü daha tez büruzə verir.

“BDYPİ belə halların sürücülərin əhvali-ruhiyyəsinə, ətraf mühitə reaksiyasına mənfi təsir göstərdiyini nəzərə alaraq, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, kondisionerlə təchiz edilməyən nəqliyyat vasitələri ilə günün nisbətən sərin vaxtı yola çıxmağa, uzaq məsafələrə səfər edərkən 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyə çağırır”, - deyə müraciətdə qeyd olunur.



Digər xəbərlər

Xəbər lenti

15 Iyul 2025
13 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ