“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır
 

12:20 / 13.07.2025 Oxunub: 110

 

İspaniyanın “Real Madrid” komandası üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, klublararası dünya çempionatında mübarizəni yarımfinal mərhələsində dayandıran “kral klubu” qapıçı Andrey Lunin, yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Rodriqonu transferə çıxarmaq istəyir.

İddiaya görə, “kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso həmin oyunçuların satılmasına qarşı deyil. Çünki ispaniyalı mütəxəssis onların komandaya xeyir verə biləcəklərini düşünmür.

Əvəzində isə X. Alonso heyətə yeni müdafiəçinin cəlb olunmasında maraqlıdır. Müdafiə xəttindəki boşluqlar baş məşqçini ciddi şəkildə narahat edir.

Qeyd edək ki, klublararası dünya çempionatında Andrey Lunin və Dani Sebalyos heç bir oyunda meydana çıxmayıb. Rodriqo isə cəmi bir matçda start heyətində yer alıb.



Digər xəbərlər

Xəbər lenti

15 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ