Bu gün “Qobustan” GES-in ilk paneli quraşdırılıb

19:30 / 03.12.2025 Oxunub: 669

Energetika naziri Pərviz Şahbazov Çinin “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şirkətlə ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac layihəsinin - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib.

Söhbət zamanı “Universal Energy” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir Günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadiuməsaslı batareyalar üzrə təcrübəsi, bu texnologiyanın yaşıl enerji ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.



Digər xəbərlər

Xəbər lenti

13 Mart 2026
11 Mart 2026
10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə