Bəhreyn HHM sistemləri İran istiqamətindən buraxılan raket və PUA-ları zərərsizləşdirib

09:00 / 01.03.2026 Oxunub: 1019

Kanal 20 TV xəbər verir ki, Bəhreynin hava hücumundan müdafiə (HHM) sistemləri regionda artan gərginlik fonunda ölkə ərazisinə yönəlmiş çoxsaylı hava hücumlarının qarşısını alıb.

Krallığın müdafiə qüvvələrinin komandanlığının yaydığı məlumata əsasən, İran ərazisindən Bəhreyndəki obyektlərə doğru buraxılan 45 raket və 9 pilotsuz uçuş aparatı (PUA) HHM vasitələri tərəfindən aşkarlanaraq məhv edilib.

Bildirilib ki, müdafiə sistemləri hücumları vaxtında zərərsizləşdirərək strateji obyektlərin təhlükəsizliyini təmin edib. Hadisə ilə bağlı əlavə təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd olunur.



Digər xəbərlər

Xəbər lenti

10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə