Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı keçirilib.
Kanal 20 TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı regionda müşahidə olunan hərbi eskalasiya və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər son hadisələrlə bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitlik üçün əhəmiyyətli risklər yaratdığını vurğulayıblar.
Görüş zamanı tərəflər iki ölkənin bölgədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin konsulluq şöbələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib, vətəndaşlara göstərilən dəstəyin daha koordinasiyalı şəkildə təşkilinin faydalı olacağını bildiriblər.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.


Digər xəbərlər
Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək
Xələf Xələfov Almaniyada rəsmi görüşlər keçirib
Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvəti ilə bağlı məlumat yoxdur
“Deputat: Köçkünlər üçün ən sağlam model – öz evini tikməkdir”
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı vergi güzəştləri tətbiq olunacaq müddətinə) tətbiq olunacaq.
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir