DİN-dən Bank kartları ilə bağlı XƏBƏRDARLIQ

10:30 / 15.04.2025 Oxunub: 213

Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var. İnternetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər. Risk qaçılmazdır.

Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”, - E.Hacıyev qeyd edib.



Digər xəbərlər

Xəbər lenti

27 Aprel 2025
25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ