Rubl kəskin BAHALAŞDI - Azərbaycana da təsiri olacaq
jpg-1744828235.jpg)
Rusiya mənşəlli məhsulların Azərbaycan bazarında rəqabət imkanları məhdudlaşır. Rusiyaya qarşı sanksiyaların davam etməsinə baxmayaraq, rubl bahalaşır.
Bəs rubl nə qədər bahalaşdı?
Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib:
"Əgər 2025-ci il yanvarın 1-də 1 amerikan dolları almaq üçün 113 rubl ödəmək lazım gəlirdisə, hazırda 82 rubl kifayət edir. Həmçinin ilin əvvəlində 1000 rublu 16 manata dəyişmək mümkün idisə, indi 20.7 manata mümkündür. Qeyd edək ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Bu imkan yaradır ki, orda yaşayan azərbaycanlılar öz ailələrinə maliyyə yardımlarını artıra bilsinlər. Həmçinin bu 2 ölkə ilə idxalla məşğul olan şəxslər üçün əlverişli mühit yaradır. Azərbaycanlı ixracatçılar rəqabətə yenidən girə biləcəklər.
Qeyd edilənləri misallarla göstərsək 2025-ci ilin əvvəlində Rusiyadan Azərbaycana göndərilən 10000 rubl 160 manat, hazırda bu məbləğ 207 manatdır. Azərbaycandan Rusiyaya göndərən 1 dollarlıq məhsul 113 rubl idisə, indi 82 rubldur. Rublun enməsi alıcılığa təsir etməklə bu ölkəyə daha çox məhsul satmağa imkan verir".



Digər xəbərlər

Komitə sədri: Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsasında sahibkarlığın inkişafı dayanır

Elnur Əliyev: Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas istiqamətlərindəndir

Daha bir BOKT-a verilmiş lisenziya ləğv olunub

Hesablama Palatası Kliniki Tibbi Mərkəzin xərclərindən DANIŞDI

Banklar POS-terminallara görə ildə bu qədər qazanır-MƏBLƏĞ

DİN-dən Bank kartları ilə bağlı XƏBƏRDARLIQ
Xəbər lenti
Ən çox oxunan
