DTX-nin beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq terrorçuluqla mübarizədə mühüm töhfə verir - Əli Nağıyev

23:04 / 28.03.2024 Oxunub: 5187

Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir.

KANAL 20 TV Trend-ə istinadən  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əlaqələrinin genişlənməsi, o cümlədən hazırda dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə milli maraqlara və qarşılıqlı etimada əsaslanan mövcud tərəfdaşlıq münasibətləri məhz xaricdən qaynaqlanan təhdidlərin neytrallaşdırılması - beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə üzrə əməliyyat fəaliyyətinə mühüm töhfə verir", - deyə Əli Nağıyev bildirib.



Digər xəbərlər

Xəbər lenti

04 Noyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ