Bakıda belçikalı bəstəkar Antoine Pierrenin master-klassı və mini konserti olub
Azərbaycan Milli Konservatoriyasında müasir Avropa cazının ən dinamik simalarından biri belçikalı barabançı, bəstəkar və ansambl rəhbəri Antoine Pierrenin master-klassı və mini konserti olub.
"Report"un məlumatına görə, master-klass və musiqi kompozisiyası 20-ci Bakı Caz Festivalı çərçivəsində həyata keçirilib.
Əvvəlcə barabançı musiqiyə həvəsinin yaranmasından və anasının ona dəstəyindən danışıb. Daha sonra iştirakçı tələbələrlə bir sıra kompozisiyaların quruluş məşqlərini edib.
Musiqiçi ifa etdiyi zaman həm də özünə kənardan qulaq asmağın vacib olduğunu vurğulayıb. Bəstəkar müəllifi olduğu musiqi nömrələrindən də ifa etdikdən sonra master-klass tələbələrlə diskussiya şəklində davam etdirilib.
Məlumat üçün qeyd edək ki, Antoine Pierre URBEX, URBEX Electric və Next.Ape kimi yenilikçi layihələrin müəllifidir. O bu layihələrdə müasir cazı rok, elektron və ambient ünsürlərlə birləşdirir. Onun yaradıcılığı mürəkkəb ritmlər, atmosferik səslər və ənənəvi cazın sərhədlərini aşan melodik ifadə ilə səciyyələnir.


Digər xəbərlər
Konstitusiyanın 30 illiyinə həsr olunmuş gənc rəssamın yeni fərdi sərgisi
Mənsum İbrahimov təyyarə qəzasına görə konsertini təxirə salıb.
Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti
Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib
Pop kraliçasından gündəm yaradan AÇIQLAMA