Hava necə olacaq?

10:30 / 19.10.2025 Oxunub: 119

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu gecə 14-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.



Digər xəbərlər

Xəbər lenti

19 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ