Rəqəmsal ödəniş və avtomatlaşdırma ictimai nəqliyyatın səmərəliliyini necə artırır?
Avtomatlaşdırılmış ödəniş sistemlərinin nəqliyyatda tətbiqi ictimai nəqliyyatın yükünü daha səmərəli idarə etməyə imkan verir. Əsas üstünlük ondan ibarətdir ki, innovativ tezödəmə sistemi gediş-gəlişi asanlaşdırır, sərnişinlər üçün əlçatanlığı artırır.
Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov məlumat verib.
O bildirib ki, bu gün nəqliyyat vasitələrində proseslərin təkmilləşdirilməsi və axınların dəqiq qeydə alınması ümumilikdə müsbət haldır.
“Bununla belə, sistemdən istifadə zamanı daha çox çətinlik yaşlı insanlar üçün xarakterikdir. Rəqəmsal ödəniş və avtomatlaşdırma sistemləri avtobus və metroda vaxt itkisinin qarşısını alır, sıxlığı azaldır və nəzarəti gücləndirir. İnsanların kartla və ya telefonla sürətli şəkildə ödəniş etməsi növbələrin qısalmasına, marşrutların isə daha dəqiq idarə olunmasına şərait yaradır. Azərbaycanda əsas çətinliklər bəzi avtobuslarda köhnə avadanlıqların qalması, sistemlərin tam inteqrasiya olunmaması və bəzən internet bağlantısının zəifliyidir”, - deyə Aslan Əsədov vurğulayıb.
Ekspertin sözlərinə görə, bu problemlər aradan qaldırıldıqca xidmət daha da sürətli və rahat olacaq.


Digər xəbərlər
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub
Rəqəmsal Platformalarda Vergitutma Məsələləri Müzakirə Olunub
İpoteka və Kredit Zəmanət Fondu 17,4 milyon manat kredit verib
“Azeri Light” nefti ucuzlaşıb – son qiymət açıqlandı
Azərbaycanda minimum əməkhaqqına hər il baxılacaq – 700 min nəfəri əhatə edən artım mexanizmi təsdiqləndi
Xəbər lenti
Ən çox oxunan