İranın strateji Yaxın Şərq planı: Rusiya və Azərbaycan Tehrana yaşıl işıq yandırdı
İran Cənubi Qafqazın mövcud tranzit marşrutlarından istifadə edərək beynəlxalq ticarətdə öz mövqelərini möhkəmləndirmək üçün unikal şans əldə edib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə "Gostaresh" saytı yazıb.
Nəşr yazır ki, Tehran və Bakı arasında inkişaf edən tranzit diplomatiyası təkcə regional rəqiblərin təsirini məhdudlaşdırmır, həm də İranın iqtisadi çəkisinin artmasına kömək edir. İran, Azərbaycan və Rusiya arasında üçtərəfli proqram çərçivəsində son 3 ay ərzində 15 milyon ton yük daşınıb. Bakı və Tehran arasında nəqliyyat və logistika sahəsində yeni sazişlər sabit və təhlükəsiz marşrutlara şərait yaradır.
Bölgədəki geosiyasi proseslər, xüsusilə yeni ticarət-təhlükəsizlik əlaqələri İranın tranzit istiqamətlərinin inkişafını gücləndirərək regional rəqiblərini ikinci plana keçirir.


Digər xəbərlər
Rusiyadan ABŞ-a nüvə sınaqları ilə bağlı XƏBƏRDARLIQ
Prezidentdən yeni SƏRƏNCAM
Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2
Ermənistan yeni qırıcılar ALIR - 3 milyardlıq RAZILAŞMA
ABŞ dərhal nüvə sınaqlarını bərpa edir – Trampın açıqlaması Rusiyada ajiotaja səbəb oldu