Ötən gün Cəbrayılda təməli qoyulan yeni yaşayış kompleksləri müasir standartlara uyğun tikiləcək
Cəbrayıl şəhərində təməli qoyulan 2-ci və 3-cü yaşayış kompleksləri müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək.
Bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.
"İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq".
İ.Rzayeva bildirib ki, üçüncü yaşayış kompleksinin ümumi sahəsi isə 5 hektardan çox olacaq:
"Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən, binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur. Bu yaşayış kompleksləri Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq".


Digər xəbərlər
Rusiyadan ABŞ-a nüvə sınaqları ilə bağlı XƏBƏRDARLIQ
Prezidentdən yeni SƏRƏNCAM
Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2
Ermənistan yeni qırıcılar ALIR - 3 milyardlıq RAZILAŞMA
ABŞ dərhal nüvə sınaqlarını bərpa edir – Trampın açıqlaması Rusiyada ajiotaja səbəb oldu