Pakistan və Əfqanıstan yenidən danışıqlara başladı – Türkiyə vasitəçilik edir

17:00 / 30.10.2025 Oxunub: 106

Pakistan, Türkiyənin vasitəçiliyi ilə Əfqanıstanla sülh danışıqlarını yenidən bərpa edib.

 "Geo News" nəşrinin məlumatına görə, əvvəlki raundun pozulmasından sonra İslamabad danışıqlara “sülhə son bir şans vermək üçün” qərar verib. Pakistan nümayəndə heyəti İstanbuldakı danışıqları davam etdirmək üçün planlaşdırılan qayıdışını təxirə salıb.

Görüşlərdə əsas diqqət Pakistanda təhlükəsizlik təhdidinə çevrilmiş terror qruplarına qarşı Əfqanıstanın konkret tədbirlər görməsi tələbinə yönələcək.



Digər xəbərlər

Xəbər lenti

30 Oktyabr 2025
29 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ