Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA

18:15 / 29.10.2025 Oxunub: 683

2025-ci ilin sentyabrında ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 898 milyon manat təşkil edib. .

Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 808 milyon manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1 milyard 86 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.4%-ni təşkil edib.



Digər xəbərlər

Xəbər lenti

30 Oktyabr 2025
29 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ