"İstəsək də, Rəşadla görüşə bilmərik" - Meyxanaçı Ağamirzə
08:45 / 29.10.2025
Oxunub: 162
KANAL 20 TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu meyxanaçı Ağamirzə Məmmədov həbsdə olan həmkarı Rəşad Dağlının səhhətində yaranmış problemdən danışarkən deyib.
Meyxanaçı həmkarının əməliyyat olunmasını sosial şəbəkədən xəbər tutub:
"Onun səhhətində yaranmış problemdən xəbərsizəm. Hansı səbəbdən əməliyyat olunduğunu bilmirəm. Görüşə ancaq ailə üzvlərinə icazə verilir. Biz istəsək də, onunla görüşə bilmərik, çünki qanun buna yol vermir. Rəşadla bağlı ancaq ailə üzvləri vasitəsi ilə məlumat alırıq, səhhəti ilə maraqlanırıq".
Qeyd edək ki, bu günlərdə həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının səhhətində problem yaranıb. Meyxanaçı tibb məntəqəsində əməliyyat olunub.


Digər xəbərlər
Əhaliyə 8-9 noyabrla bağlı XƏBƏRDARLIQ
Düzgün qidalanmayan hamilələrdə hansı problemlər yarana bilər? - AÇIQLAMA
Bu gündən direktorların işə qəbuluna başlanılıb, 80-ə yaxın yer vakantdır
Burun əməliyyatının AĞILASIĞMAZ FƏSADLARI
Mehdiyevin oğlu Naxçıvanda fəhlələri ayağa qaldırmaqçün hərəkətə keçib
Şübhəli zənglərə və keçidlərə aldanmayın! - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Xəbər lenti
30 Oktyabr 2025
29 Oktyabr 2025