Şəhid Hacıyev Firuddin Nadir oğlunun Ata ocağından görüntülər - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hacıyev Firuddin Nadir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Kanal 20 TV xəbər verir ki, şəhidin nəşi bu gün rayonun İnçə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Hacıyev Firuddin Nadir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.


Digər xəbərlər
İşğaldan azad olunan ərazilərdə buraxılış imtahanı keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu
Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq
Xəbər lenti
Ən çox oxunan