Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb RƏSMİ
Ümumilikdə 8807 riyaziyyat müəllimi bu il keçirilən sertifikatlaşdırma imtahanlarında iştirak edib. Onlardan 93 faizi (8200 nəfər) sertifikatlaşdırmadan uğurla keçib.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, nəticələrə əsasən 47 faiz (4127 nəfər) 51 də daha çox bal toplayaraq yüksək nəticə göstərib: “46 (4078 nəfər) qənaətbəxş nəticə göstərərək 30-50 bal toplayıb. 7 faiz (558 nəfər) ikinci cəhddə 0-29 bal arasında keçid balını toplaya bilməyib. 1 faiz (49 nəfər) isə imtahanda ümumiyyətlə iştirak etməyib”.
Qeyd edək ki, yüksək nəticə göstərən müəllimlər 35 faiz, qənaətbəxş nəticə göstərənlər isə 10 faiz əməkhaqqı əlavəsi alacaqlar.


Digər xəbərlər
Sabah maqnit qasırğası gözlənilmir
Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib
Bakı aeroportu sərnişinlərə xəbərdarlıq etdi: 14–15 fevralda yolda məhdudiyyət olacaq
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb
Audiovizual Şura lisenziya müraciətlərinə baxıb
Xəbər lenti
Ən çox oxunan