Magistratura imtahanının ilkin nəticələri açıqlanıb

17:21 / 17.02.2026 Oxunub: 771

Kanal 20 TV xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələrini elan edib.

Məlumata görə, namizədlər 95 tapşırıqdan ibarət imtahan nəticələrini DİM-in rəsmi saytından öyrənə bilərlər. Eyni zamanda, bakalavrlar mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də nəticələrini əldə edə bilirlər.

DİM bildirib ki, yekun imtahan balı xarici dil üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra, təxminən 6 həftə ərzində təqdim olunacaq. Qeyd edək ki, iştirakçılar test tapşırıqları üzrə maksimum 95, esse hissəsi üzrə isə 5 bal toplaya bilərlər.

İmtahanda iştirak üçün qeydiyyatdan keçən 22 min 780 bakalavrdan 519 nəfəri imtahana qatılmayıb. Qaydaları pozduğu üçün isə 2 nəfərin nəticəsi ləğv edilib.

İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq. DİM vurğulayıb ki, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul ediləcək. Optik oxunuşla bağlı səhvlər və cavab kartında düzgün qeyd olunmayan düzəlişlər isə nəzərə alınmayacaq.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə