“Star” qəzeti Türkiyə ictimaiyyətini erməni hərbçisinin Xocalı haqqında etirafı ilə tanış edib

Türkiyənin aparıcı media orqanlarından biri olan “Star” qəzeti özünü “erməni generalı” adlandıran Levon Minasyanın Xocalı soyqırımında iştirakına dair soyuqqanlı etirafını oxucularına çatdırıb.
AZƏRTAC xəbər verir ki, nəşr Minasyanın gürcü bloger ilə söhbətində səsləndirdiyi sözlərə istinad edir.
Blogerin “Xocalıda olmusunuz?” sualına Levon Minasyan belə cavab verir: “Xocalı faciəsini mən törətmişəm”. Nəşr “generalın” bəşəriyyətə qarşı cinayəti etiraf etməsini dəhşətli adlandırıb. Minasyan etiraf edib: “O qədər insan öldürmüşəm ki, sayını da bilmirəm”.
Qəzet qeyd edir ki, Minasyanın dəhşətli sözləri blogerin özünü şoka salıb və ictimaiyyət arasında ciddi tənqidlərə səbəb olub.
Məqalədə daha sonra Xocalıda 613 dinc azərbaycanlının həyatına son qoyan erməni vəhşiliyi barədə məlumat verilir və qeyd olunur ki, 150 sakinin taleyi hələ də məlum deyil.
Qəzet Xocalı soyqırımını XX əsrin ən qanlı cinayətlərindən biri adlandırır.



Digər xəbərlər

Peruda Misir sivilizasiyası ilə eyni dövrə təsadüf edən 3500 illik qədim şəhər tapılıb

Böyük Britaniyanın torf ərazilərində zəhərli metallar aşkarlanıb

İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır

Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir

Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var
