Təyyarə qəzasında həlak olan Həbib İsmayılov Ağdaşda dəfn olunub - YENİLƏNİB

18:45 / 29.12.2024 Oxunub: 1224

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1999-cu il təvəllüdlü Həbib İsmayılovla Ağdaş rayonunun Ərəb kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un  məlumatına görə, H.İsmayılovun nəşi Ərəb kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində H.İsmayılovun doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:15

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1999-cu il təvəllüdlü Həbib İsmayılovun cənazəsi Ağdaş rayonunun Ərəb kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.



Digər xəbərlər

Xəbər lenti

07 Iyul 2025
06 Iyul 2025
03 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ