Zelenski: “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb”

17:09 / 23.02.2026 Oxunub: 807

Volodimir Zelenskinin son bəyanatları beynəlxalq medianın diqqət mərkəzinə düşüb.

Kanal 20 xəbər verir ki, Ukrayna lideri paytaxt Kiyevdə BBC-yə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin gedişatı və qlobal təhlükəsizlik məsələləri ilə bağlı mühüm fikirlər səsləndirib.

Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin faktiki olaraq Üçüncü Dünya Müharibəsini artıq başladıb. Onun sözlərinə görə, əsas məsələ Rusiyanın nə qədər ərazi ələ keçirə biləcəyi deyil, bu prosesin necə dayandırılacağıdır.

Ukrayna Prezidenti vurğulayıb ki, Putini geri çəkilməyə məcbur etməyin yeganə yolu güclü hərbi və iqtisadi təzyiqlərin artırılmasıdır. O qeyd edib ki, Rusiya dünyaya öz baxışını və fərqli yaşam tərzini qəbul etdirməyə çalışır, bu isə xalqların sərbəst seçim hüququna ziddir.

Zelenski əlavə edib ki, Ukrayna mübarizəsini davam etdirəcək və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə