Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü

12:45 / 27.09.2025 Oxunub: 1550

Xaçmazda qətl hadisəsi olub.KANAL 20 TV  lent.az-a istiandən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.Orxan Hacıbalayev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub. Nəticədə İlham Hüseynov ölüb.Məlumata görə, öz evində öldürülən mərhum bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib.Qeyd olunub ki, Orxan Hacıbalayev qayınatasının evində öz arvadı ilə dalaşıb. Bu zaman naməlum səbəbdən qayınatasına da yumruqla zərbə vurub.Qətli törədən kürəkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılaraq, istintaq aparılır.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə