İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib
jpg-1759060112.jpg)
10:45 / 28.09.2025
Oxunub: 500
"Turkish Airlines" aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Aeroportdan verilən məlumata görə, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.
Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.



Digər xəbərlər

Binanın zirzəmisində KÖRPƏ tapılıb

Narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub

"Yaxşı pul olacaq" demişdi, dostunun 100 minini batırdı

Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü

Qubada polis bu toyu ləğv etdi - SƏBƏB
jpeg-1757406542.jpeg)
Polisdən Bakıda ƏMƏLİYYATLAR: Saxlanılanlar arasında qadın da var
Xəbər lenti
14 Oktyabr 2025
13 Oktyabr 2025
Ən çox oxunan

13:12
19 Sentyabr 2025
1073