"Liverpul" İngiltərə Premyer Liqasında antirekorda imza atıb

18:30 / 07.04.2025 Oxunub: 365

"Liverpul" İngiltərə Premyer Liqasında son dörd ilin antirekorduna imza atıb.

Oxu.Az xəbər verir ki, Mersisayd təmsilçisi bu uğursuzluğu "Fulhem"lə matçda yaşayıb.

Arne Slotun yetirmələri bir hissədə üç top buraxıblar. "Liverpul"a Premyer Liqada 45 dəqiqəyə üç qol vuran sonuncu komanda "Aston Villa" olub. Birmingem təmsilçisi 2020-ci ilin oktyabrında 4:1 hesablı qələbə qazananda da üç qolu bir hissədə vurub.

Qeyd edək ki, "Fulhem" klubu "Livepul"a 3:2 hesabı ilə qalib gəlib.



Digər xəbərlər

Xəbər lenti

27 Aprel 2025
25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ