Millidən qovulan qapıçıdan AÇIQLAMA

09:30 / 08.04.2025 Oxunub: 357

"Məsələ komanda daxilində olmuşdu və komandanın sirri idi, daxildə də qalmasının tərəfdarı idim. Amma açığı məsələnin bu qədər böyüməsi və jurnalistlərin marağının olması mənə təəccüblü gəldi".

Oxu.Az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının heyətindən uzaqlaşdırılan Rövşən Hüseynli deyib.

Təcrübəli qapıçı sosial şəbəkə hesabında paylaşım edərkən, komandanın düşərgəsində baş verənlərə aydınlıq gətirib: "Son 4 mövsümdür legioner həyatı yaşayıram və yaxşı nəticələrim olub. Qazaxıstan çempionatında Top-5 heyətində ən yaxşı qapıçı, turun oyunçusu, bir matçda ən çox seyv nominantlarına layiq görülmüşəm, bundan başqa qapıçı olsam da etdiyim dubl və oyunlarda qollar və ötürmələr etmişəm. Hazırki çempionatda qapıçılar arasında "qol+assist" sistemində lider olsam da, mənimlə, bu nəticələrlə maraqlanan görmədim. Əksinə Rövşənin intizamsızlığı yazıldı, zəng və sms-lərin sayını isə unutmuşam.

Rövşən Alesio ilə gərginlik yaşadı və yenə eyni hal. Səbəb? Bu arada Alesio ilə baş verənlər zamanı sakitliyimi qorudum. Çünki komandanın daxilində problemler olur, amma görürəm bu məsələ yenə gündəmə gətirilib. Adını qoyublar ki, Rövşən millidə kapitanlığa gorə söz-söhbət yaradıb. Hansı ki, əvvəlcə müəyyən narazılıqlar var idi, sadəcə bu gün səbir kasası daşdı. Rövşən Vətəninə, bayrağına, himninə, əynindəki formaya hörmətə görə narazılıq etdi. Bunu həmin vaxt mənimlə bərabər soyunub-geyinmə otağında olan hər bir oyunçu deyə bilər. Aprelin 6-da plan əsasında klubda bərpa prosesi keçib, ayın 7-də millinin düşərgəsinə qoşulmalı idim. Məşqçi və klub rəhbərliyi ilə danışdım və anlayışla qarşılayıb məni bərpa prosesindən azad etdilər. Legioner həyatı yaşayıram, komandaya daha tez qoşulmaq və ailəmi görmək üçün bu addımı atdım. Aprelin 6-da gecə Astana-Bakı reysi ilə gəldim və komandanın axşam məşqində iştirak etdim. Məşqdən sonra məlum məsələləri deyib sabah məşqə qoşula biləcəyimi soruşdum. Yox cavabı aldım. Fikrimi deyib anlayış gözlədim. Hazırlıq üçün tez gəldiyim halda intizamsızlığa görə heyətdən kənardayam. Hər zaman millidə layiqincə xidmət etmişəm və dəvət olunduğum müddətcə də bunu göstərəcəyəm", - futzalçı yazıb.

Qeyd edək ki, millinin baş məşqçisi Vitali Borisovun sözlərinə görə, Rövşən Hüseynli intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb.



Digər xəbərlər

Xəbər lenti

27 Aprel 2025
25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ