Güclü maqnit qasırğası gözlənilir - Bu tarixdə

17:30 / 11.11.2025 Oxunub: 1534

Yerə plazma buludlarının yaxınlaşması ilə əlaqədar noyabrın 12-də Yerdə çox güclü maqnit qasırğaları gözlənilir. G4 (çox güclü-red.) səviyyəli maqnit qasırasğı il ərzində sayca üçüncü belə qasırğa olacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Təkrar hesablamalar noyabrın 11-dən 12-ə keçən müddətdə, Günəşdə 9-10 noyabr tarixlərində baş vermiş yüksək səviyyəli partlayışlardan sonra Yerə ard-arda iki günəş plazması kütləsinin yaxınlaşdığını təsdiqləyir. Model hesablamalar göstərir ki, iki “zərbə” arasında bir neçə saatlıq interval olacaq.

Birinci hadisənin təsiri bu gün Moskva vaxtı ilə saat 18:00–20:00 (Bakı vaxtı ilə 19:00-21:00) aralığında başlayaraq G1–G2 səviyyəsində qasırğalar və Yer kürəsinin şərq yarımkürəsində intensiv qütb parıltıları yaradacaq, ikinci – daha güclü – plazma buludu isə planetə gecə və ya noyabrın 12-si səhər saatlarında çata bilər və G3–G4 diapazonunda maqnit qasırğasının zirvəsini formalaşdıracaq”, - məlumatda qeyd olunub.



Digər xəbərlər

Xəbər lenti

11 Mart 2026
10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə