Jurnalist Yevgeni Safronovun ölümü ilə bağlı istintaq aparılır
Kanal 20 TV Oxu.az-a istinadən xəbər verir ki , jurnalist Yevgeni Safronov yaşadığı çoxmənzilli binanın qarşısında ölümcül vəziyyətdə aşkarlanıb. İlkin iddialara əsasən, o, yeddinci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü atıb.
Safronov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polis mənzildə rus dilində məktublar, zibil qutusunda narkotik vasitə, pəncərə kənarında isə stul aşkar edib. Jurnalistin otaq yoldaşı hadisə yerində olub, lakin dil baryeri səbəbindən ətraflı ifadə almaq mümkün olmayıb.
Yerli KİV-lər bildirir ki, Safronov daha əvvəl ailəsinə intiharla bağlı məktub göndərib və haker hücumuna məruz qaldığını qeyd edib. Fransanın “Le Parisien” nəşri isə jurnalistin ölümlə hədələnə biləcəyini yazıb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.


Digər xəbərlər
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Bakı Şəhər DYP sürücülərə və piyadalara dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Deputat Günay Ağamalının qəzaya düşdüyü iddia olunur
Fəzail Ağamalı vəfat edib
Çinin Şansi əyalətində biotexnologiya zavodunda partlayış: 8 ölü
Şimali Suriyada Şiddətli Yağışlar: 3 Ölüm, Onlarla Ailə Təxliyə Olundu
Xəbər lenti
Ən çox oxunan