Konstitusiya və Suverenlik İli: 3 846 məhkum amnistiyadan yararlandı

10:39 / 08.01.2026 Oxunub: 1330

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya çərçivəsində 3 846 məhkum barəsində qərar icra olunub. Kanal 20 TV-nin məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi “Report”un sorğusuna cavabında bildirib.

Amnistiya nəticəsində 1 799 nəfər azadlıqdan məhrum etmə, 1 764 nəfər isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Daha 283 nəfərin cəzası 6 ay azaldılıb.

Azad edilənlər arasında Vətən müharibəsi iştirakçıları və yaşı 60-dan yuxarı olan şəxslər də var. Amnistiya aktının icrası hazırda davam etdirilir.



Digər xəbərlər

Xəbər lenti

11 Mart 2026
10 Mart 2026
08 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə