Yeni vergi güzəştləri biznes üçün real “yüngülləşmə” yaradırmı? - AÇIQLAMA
İşğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında vergi mexanizmləri biznes üçün daha əlverişli şəkildə qurulub. Xüsusilə vurğulamaq lazımdır ki, vergi sistemi çox mürəkkəb mexanizmdir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
E.Əmirovun sözlərinə görə, hətta, dövlət vergi, gömrük və digər güzəştlər hesabına bu bölgələrdə bir növ “güzəştlər vadisi” yaradıb ki, bu da sahibkarlar üçün çox əlverişli şərait formalaşdırır.
“Ölkənin digər bölgələrində əvvəllər mövcud olan vergi güzəştlərinin müddəti bitdiyi üçün sahibkarların xərcləri artıb. Məsələn, investisiya təşviqi sənədi 2019-cu ildən 2026-cı il yanvarın 1-dək qüvvədə idi və artıq bir aydan sonra başa çatır. Həmçinin mikro və kiçik sahibkarlara tətbiq edilən bəzi güzəştlər son illərdə tədricən dəyişdirilib. Buna görə də, işğaldan azad olunmuş ərazilər və Naxçıvan istisna olmaqla, ölkənin digər regionlarında vergi mexanizmlərinin “yüngülləşdiyini” demək düzgün olmaz”, - deyə ekspert əlavə edib.


Digər xəbərlər
Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olunub
Rəqəmsal Platformalarda Vergitutma Məsələləri Müzakirə Olunub
İpoteka və Kredit Zəmanət Fondu 17,4 milyon manat kredit verib
“Azeri Light” nefti ucuzlaşıb – son qiymət açıqlandı
Azərbaycanda minimum əməkhaqqına hər il baxılacaq – 700 min nəfəri əhatə edən artım mexanizmi təsdiqləndi
Xəbər lenti
Ən çox oxunan