Bank sektorunda çalışanlarla bağlı AÇIQLAMA
12:45 / 29.10.2025
Oxunub: 155
30 sentyabr 2025-ci il tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,410 olub.
KANAL 20 TV Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 137 nəfər artaraq 26.872 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967.8 milyon manat, balans kapitalı 7 milyard 170.2 milyon manat olub. Sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8%, balans kapitalı isə 1.3% artıb.


Digər xəbərlər
Xəbər lenti
30 Oktyabr 2025
29 Oktyabr 2025