Ölkənin məşhur şirkəti müflis olur

11:15 / 29.10.2025 Oxunub: 164

Bakı Kommersiya Məhkəməsində borclu "RS Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.
KANAL 20 TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, məhkəmə iclası 18 noyabr saat 12:40-na təyin olunub.

İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunublar.

Qeyd edək ki, "RS Construction" 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Alıyev Elməddin Camal oğludur.

"RS Construction" tikinti, memarlıq, planlaşdırma, interyer və eksteryer layihələrinin hazırlanması, müxtəlif dizaynda fərdi yaşayış evlərinin, villaların, koteclərin və müxtəlif qeyri - yaşayış sahələrinin tikintisinin aparılması, tam şəkildə təmiri, eləcə də qabaqcıl avadanlıqların quraşdırılması üzrə ixtisaslaşmış şirkətdir.



Digər xəbərlər

Xəbər lenti

30 Oktyabr 2025
29 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ