Şəmkirdə yol tikintisinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM
 

14:24 / 23.07.2025 Oxunub: 90

 

Prezident İlham Əliyev “Şəmkir rayonunun Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 20 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



Digər xəbərlər

Xəbər lenti

24 Iyul 2025
23 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ