İlk yarımildə ARDNF-in AÇG və “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 743,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,77 faiz azalma deməkdir.
AZƏRTAC ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 4 milyard 974,3 milyon manat (12,1 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat (1,4 faiz azalma), akrhesabı ödənişlər 3,6 milyon manat (sabit qalıb) təşkil edib.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 milyard 427,3 milyon manat (13,7 faiz az), “Şahdəniz” yatağından (qaz və kondensat) isə 423,3 milyon manat (2,02 faiz çox) məbləğində vəsait daxil olub.



Digər xəbərlər

Azərbaycan sahibkarları indiyə qədər 3 milyard manatdan çox güzəştli kredit alıb
jpg-1753262735.jpg)
Dövlət Neft Fondunun aktivləri artıb

ARDNF-in aktivləri 67 milyard dollara yaxınlaşıb

Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir

AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib
Xəbər lenti
Ən çox oxunan
