Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, XİN başçısı Azərbaycanda səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.
Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd olunub.
C.Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Digər xəbərlər

Ceyhun Bayramov: Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycandan I yarımildə Qazaxıstana 49 min ölkə vətəndaşı səfər edib

Birol Akgün: Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyır

Şəmkirdə yol tikintisinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

Peskov: İstanbulda memorandum layihələri və mübadilə prosesi müzakirə olunacaq - YENİLƏNİB
Xəbər lenti
Ən çox oxunan
