Azərbaycan sahibkarları indiyə qədər 3 milyard manatdan çox güzəştli kredit alıb

İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu 54 mindən çox sahibkara 3,4 milyard manat güzəştli kredit verib.
“Report” xəbər verir ki, bunu Fondun aparıcı mütəxəssisi Orxan Gülalıyev bildirib.
Onun sözlərinə görə, təkcə bu il 2 371 sahibkara 126 milyon manat güzəştli kredit verilib.
"Güzəştli kreditlər sahibkarlıq subyektlərinə illik 5 % olmaqla banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları vasitəsilə çatdırılır”, - deyə Fond rəsmisi əlavə edib.
Azərbaycan Biznesinin İnkişafı Fondu Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərman əsasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi ilə yaradılıb.



Digər xəbərlər

İlk yarımildə ARDNF-in AÇG və “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb
jpg-1753262735.jpg)
Dövlət Neft Fondunun aktivləri artıb

ARDNF-in aktivləri 67 milyard dollara yaxınlaşıb

Çin Azərbaycanla ali audit sahəsində əməkdaşlığa maraq göstərir

AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib
Xəbər lenti
Ən çox oxunan
