Ukrayna Putinlə Zelenski arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib
 

11:23 / 24.07.2025 Oxunub: 122


İstanbul danışıqlarının üçüncü raundunda Ukrayna tərəfi avqustun sonuna qədər Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif edib.

"Report" xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov deyib.

R.Umerov İstanbulda danışıqlar başa çatdıqdan sonra jurnalistlərə deyib: "Belə bir görüş real siyasi irəliləyişə nail ola bilər. Rusiya hazır olduğunu nümayiş etdirməlidir. Ukrayna tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edir. Atəşkəs mülki obyektlərə və kritik infrastruktura hücumların tamamilə dayandırılmasını ehtiva etməlidir".

Umerovun sözlərinə görə, görüşün avqustun sonuna qədər keçirilməsi təklif olunur. İclasda Ukrayna, Rusiya, ABŞ və Türkiyə liderləri iştirak edəcək.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, liderlər səviyyəsində görüşdən əvvəl sülh sazişinin detallarını işləyib hazırlamaq lazımdır.



Digər xəbərlər

Xəbər lenti

24 Iyul 2025
23 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ