“Spiegel” qəzeti: Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına razılıq verib

Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə 40 ədəd “Eurofighter” döyüş təyyarəsinin satışı ilə bağlı Ankaranın sorğusunu müsbət cavablandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.
“Eurofighter” döyüş təyyarələri Almaniya, İngiltərə, İtaliya və İspaniyanın yer aldığı konsorsium tərəfindən istehsal edilir. Qəzet 40 təyyarənin ümumi dəyərinin təxminən 4,75 milyard avro olduğunu bildirib.
Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts Londonda Britaniyanın Baş naziri Keir Starmer ilə birgə mətbuata bəyanatında “Eurofighter” təyyarələrinin Türkiyəyə satışı ilə bağlı müsbət mövqe nümayiş etdirmişdi. Kansler bu barədə sualı cavablandırarkən ixracla bağlı müsbət qərarın qəbulu istiqamətində irəliləyişlərin olduğunu vurğulamışdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son açıqlamalarının birində “Eurofighter” təyyarələrinin yaxın vaxtda alınacağına ümidvar olduğunu açıqlamışdı.



Digər xəbərlər

Peskov: Zəngəzur dəhlizi Azərbaycanın və Ermənistanın suveren işidir

Ukrayna Putinlə Zelenski arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib

Suriya rəsmən Türkiyədən hərbi dəstək istəyib

Qazaxıstan-Çin sərhədində “Ağıllı gömrük” pilot layihəsinə start verilib

BMT-nin Baş katibi COP30 ərəfəsində üzv ölkələrə müraciət edib

Papa Leo Qəzzaya səfəri istisna etməyib
Xəbər lenti
Ən çox oxunan
